EN

Zəhərli bulud 160 min barselonalı üçün təhlükə yaradır

İspaniya hakimiyyəti şənbə günü sənaye obyektində baş verən yanğının böyük bir əraziyə zəhərli xlor qazı buludu yaymasından sonra Barselona bölgəsində yaşayan 160,000-dən çox insandan evdə qalmalarını istəyib.

"Unikal" xəbər verir ki, bu  barədə AFP məlumat yayıb. 

Məlumata görə, Barselonanın cənubundakı Vilanova i la Geltrú sahil qəsəbəsində baş verən yanğın hovuz təmizləyici vasitələrin saxlandığı binanı bürüyüb. Risk zonası Vilanova i la Geltrúdan Tarraqona yaxınlığındakı Kalafell kəndinə qədər beş bələdiyyəni əhatə edir.

 

Chosen
0
1
unikal.az

2Sources