AZ

Trampın xüsusi nümayəndəsi Putinlə görüşdə protokolu pozdu: görün nəyi səhv edib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfərləri zamanı rusiyalı tərcüməçilər vasitəsilə Vladimir Putinlə əlaqə saxlayıb və bununla da protokolu pozub. Onu amerikalı mütəxəssis müşayiət etməyib.

Publika.az xəbər verir ki, bu barədə administrasiyanın adlarını açıqlamayan nümayəndələrinə istinadən NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, xüsusi nümayəndə yüksək səviyyəli danışıqlar üçün öz tərcüməçilərinin istifadəsini tələb edən protokolu pozub. Uitkoff rus dilini bilmədiyi üçün onun tərcüməçisiz iştirakı suallar yaradıb.

Həmçinin bildirilir ki, Vitkoffun uçduğu təyyarə hökumət rabitə sistemi ilə təchiz olunmayıb. Səfərzamanı o, ABŞ səfirliyində məxfi zənglər üçün telefondan və xüsusi mobil cihazdan istifadə edib.

Seçilən
0
26
publika.az

10Mənbələr