AZ

ABŞ Administrasiyası Uitkoffun Putinlə təmaslarından məyus olub

Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya ilə danışıqlara yanaşması ilə ABŞ administrasiyasında məyusluq yaradıb...

Polqon xəbər verir ki, bu barədə “The New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşlərdə tək iştirak edib. Onların fikrincə, xüsusi nümayəndə bəzən Kreml tərcüməçilərinin xidmətindən istifadə edib ki, bu da diplomatik prosedurun pozulması deməkdir.

Nəşr yazır ki, Vladimir Putin cümə günü görüşdə tək olmayıb. Onu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev müşayiət edib.

Aprelin 25-də keçirilən danışıqlardan sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, üç saatlıq söhbət zamanı Putin və Uitkoff xüsusilə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpasını müzakirə ediblər. Uşakovun sözlərinə görə, görüş Moskva və Vaşinqtonun mövqelərini yaxınlaşdırıb. Uitkoff özü əlavə edib ki, Moskva Kremli onda heyranlıq yaradıb.

Polqion.info

Seçilən
0
26
poliqon.info

10Mənbələr