AZ

Ayı meşə işçisini parçaladı


Rusiyanın Transbaykaliya diyarında ayı araşdırma aparan meşə təsərrüfatı işçilərinə hücum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə, yanğının İnqodinski rayon meşə təsərrüfatının ərazisinə yaxınlaşdığı Xilok rayonunda baş verib.

Məlumata görə, bir qrup yanğınsöndürən vəziyyəti qiymətləndirməyə gedib. İki işçinin əsas qrupdan ayrıldığı və daha sonra yırtıcı tərəfindən hücuma məruz qaldığı bildirilib. Meşəçilərdən biri aldığı xəsarətlərdən keçinib.

Hadisə zamanı mərhumun yanında olan ikinci əməkdaşın axtarışları hazırda davam edir.



Seçilən
0
news24.az

1Mənbələr