AZ

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir təşkil edilib.

Day.Az xəbər verir ki, tədbirdə Vaşinqtonda yaşayan Azərbaycan icmasının təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ümummilli liderin Azərbaycanın gələcəyi naminə irəli sürdüyü əsas ideyalarından bəhs edərək onun tək Azərbaycan deyil, dünya üçün dəyər təşkil etdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, o ideyaların davamı olaraq Azərbaycan güclü və inkişaf edən ölkəyə çevrilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında hər kəs dövlətimizin inkişafını daha da irəli aparmaq üçün səy göstərir.

Səfir əlavə edib ki, Heydər Əliyev hər zaman gənclərə və tələbələrə xüsusi diqqət göstərib. Diplomat təhsildə uğurlu nəticə göstərən tələbələri mükafatlandırıb. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin səfirlikdə yerləşən abidəsi önünə gül dəstələri qoyublar.

Ardınca Heydər Əliyevin fəaliyyəti, əsas ideyaları və gənclər siyasəti ilə bağlı videoçarxlar nümayiş olunub.

Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini, ABŞ-a rəsmi və işgüzar səfərlərini əks etdirən foto sərgi təşkil edilib.

Seçilən
0
6
day.az

7Mənbələr