AZ

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı. Trend:

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə ÜmummilliLider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətiilə tədbir təşkil edilib.

Trend xəbər verir ki,tədbirdə Vaşinqtonda yaşayan Azərbaycan icmasının təmsilçiləri vəbu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dəfövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ümummilli liderinAzərbaycanın gələcəyi naminə irəli sürdüyü əsas ideyalarından bəhsedərək onun tək Azərbaycan deyil, dünya üçün dəyər təşkil etdiyinidiqqətə çatdırıb. Səfir bildirib ki, o ideyaların davamı olaraqAzərbaycan güclü və inkişaf edən ölkəyə çevrilib. Bu gün Prezidentİlham Əliyevin rəhbərliyi altında hər kəs dövlətimizin inkişafınıdaha da irəli aparmaq üçün səy göstərir.

Səfir əlavə edib ki, Heydər Əliyev hər zaman gənclərə vətələbələrə xüsusi diqqət göstərib. Diplomat təhsildə uğurlu nəticəgöstərən tələbələri mükafatlandırıb. Daha sonra tədbiriştirakçıları Ümummilli Lider Heydər Əliyevin səfirlikdə yerləşənabidəsi önünə gül dəstələri qoyublar.

Ardınca Heydər Əliyevin fəaliyyəti, əsas ideyaları və gənclərsiyasəti ilə bağlı videoçarxlar nümayiş olunub.

Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini,ABŞ-a rəsmi və işgüzar səfərlərini əks etdirən foto sərgi təşkiledilib.

Seçilən
0
5
az.trend.az

6Mənbələr