BAKI, 10 may. TELEQRAF
Cammu və Kəşmir bölgəsində Hindistan ordusunun qərargahı məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr bölməsi xəbər yayıb.
Yada salaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın avizbazalarına bir neçə raket zərbəsi endirib. Buna cavab olaraq, İslam Respublikası hökuməti “Banyan ul-Marsus” (“Qurşunla örtülmüş divar”) adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb.