AZ

Pakistan ordusu Hindistanda bir aerodrom və azviabazaları dağıtdı

BAKI, 10 may. TELEQRAF.

Pakistan ordusu Pəncabın Bxatinda aerodromunu, Cammu və Kəşmirin Akxnur bölgəsindəki aviabazaları məhv edib.

Teleqraf xəbər verir ki, məlumatı ordunun ictimaiyyətlə əlaqələr bölməsi yayıb.

Mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib.

Pakistan ordusunun sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.

Qonşu dövlətin təcavüzünə cavab olaraq İslam Respublikası hökuməti genişmiqyaslı “Bənyan ul-Marsus” (“Qurşunla örtülmüş divar”) hərbi əməliyyatına başladığını elan edib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr