Pakistan ordusu Pəncabın Bxatinda aerodromunu, Cammu və Kəşmirin Akxnur bölgəsindəki aviabazaları məhv edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ordunun ictimaiyyətlə əlaqələr bölməsi yayıb.
Qeyd edək ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Qonşu dövlətin təcavüzünə cavab olaraq, Pakistan hökuməti genişmiqyaslı “Bənyan ul-Marsus” (“Qurşunla örtülmüş divar”) hərbi əməliyyatına başladığını elan edib.
Axar.az