AZ

Rusiyada eyni anda iki zəlzələ baş verdi

Rusiyanın şərqində yerləşən Kamçatka vilayətində eyni vaxtda iki zəlzələ qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, zəlzələlərdən biri 5,1 bal gücündə olub və onun episentri Avaçinski körfəzi ərazisində yerləşib. Yeraltı təkanların krater dərinliyi 58 kilometr təşkil edib. Zəlzələ Petropavlovsk-Kamçatsk şəhərində 3 bal gücündə hiss olunub.

İkinci zəlzələnin gücü isə 4,6 bal olub. Bu təkan da Petropavlovsk-Kamçatsk ərazisində qeydə alınıb və 2 bal gücündə hiss edilib.

Təhlükəsizlik orqanlarının ilkin məlumatına görə, zəlzələlər nəticəsində xəsarət alanlar və ciddi dağıntılar qeydə alınmayıb.

Gürcüstanda da zəlzələ olub

Bundan əlavə, bu gün Gürcüstanda da 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qısa müddətli olsa da, ətraf ərazilərdə hiss edilib. Hələlik hər hansı dağıntı və ya zərər barədə məlumat verilməyib.

Kənan
Milli.Az

Seçilən
0
1
milli.az

4Mənbələr