Rusiyanın şərqində yerləşən Kamçatka vilayətində eyni vaxtda iki zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zəlzələlərdən biri 5,1 bal gücündə olub və onun episentri Avaçinski körfəzi ərazisində yerləşib. Yeraltı təkanların krater dərinliyi 58 kilometr təşkil edib.
Zəlzələ Petropavlovsk-Kamçatsk şəhərində 3 bal gücündə hiss olunub.
İkinci zəlzələnin gücü isə 4,6 bal olub. Bu təkan da Petropavlovsk-Kamçatsk ərazisində qeydə alınıb və 2 bal gücündə hiss edilib.
Təhlükəsizlik orqanlarının ilkin məlumatına görə, zəlzələlər nəticəsində xəsarət alanlar və ciddi dağıntılar qeydə alınmayıb.