AZ

“Qızıl top”un yeni favoriti müəyyənləşdi

"Goal" nəşri cari təqvim ilinin nəticələrinə əsasən “Qızıl top”a əsas iddiaçıların yenilənmiş reytinqini təqdim edib. 

90deqiqe.Az-ın məlumatına görə, PSJ-nin fransalı hücumçusu Usman Dembele hazırda mükafata əsas namizəddir.

İlk üç namizədə həmçinin “Barselona”nın iki futbolçusu daxildir: ispaniyalı vinger Lamin Yamal və braziliyalı hücumçu Rafinya.

Nüfuzlu kuboka ilk 10 iddiaçı aşağıdakılardır:

1. Usman Dembele (PSJ);

2. Lamin Yamal (Barselona);

3. Rafinya (Barselona);

4. Canluici Donnarumma (PSJ);

5. Məhəmməd Salah (Liverpul);

6. Pedri (Barselona);

7. Harri Keyn (“Bavariya”);

8. Kilian Mbappe (“Real Madrid”);

9. Lautaro Martinez (“İnter”);

10. Robert Levandovski (Barselona).

Seçilən
0
90deqiqe.az

1Mənbələr