"Goal" nəşri cari təqvim ilinin nəticələrinə əsasən “Qızıl top”a əsas iddiaçıların yenilənmiş reytinqini təqdim edib.
90deqiqe.Az-ın məlumatına görə, PSJ-nin fransalı hücumçusu Usman Dembele hazırda mükafata əsas namizəddir.
İlk üç namizədə həmçinin “Barselona”nın iki futbolçusu daxildir: ispaniyalı vinger Lamin Yamal və braziliyalı hücumçu Rafinya.
Nüfuzlu kuboka ilk 10 iddiaçı aşağıdakılardır:
1. Usman Dembele (PSJ);
2. Lamin Yamal (Barselona);
3. Rafinya (Barselona);
4. Canluici Donnarumma (PSJ);
5. Məhəmməd Salah (Liverpul);
6. Pedri (Barselona);
7. Harri Keyn (“Bavariya”);
8. Kilian Mbappe (“Real Madrid”);
9. Lautaro Martinez (“İnter”);
10. Robert Levandovski (Barselona).