AZ

OBA” marketlər şəbəkəsində son 5 il ərzində 5000-dən çox yeni iş yeri yaradılıb

1500-dən çox filialı, 9000-dən çox əməkdaşı ilə Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən OBA Market MMC qadınların və gənclərin liderlik rollarına irəliləməsi istiqamətdə inklüzivlik və gender bərabərliyinə xüsusi önəm verərək mühüm nəticələr əldə edib. Belə ki, şirkətimizdə əməkdaşların 45%-dən çoxunu qadınlar təşkil edir, rəhbər vəzifələrdə isə qadınların payı 30%-dir. Eyni zamanda, gənc əməkdaşlar – yəni 35 yaşadək şəxslər – ümumi işçi heyətinin 70%-ni, rəhbər heyətin isə 75%-ni təşkil edir. Bu göstəricilər OBA Market MMC-nin qadınların və gənclərin karyera inkişafına verdiyi əhəmiyyətin real nəticəsidir.

İnsan Resursları sahəsində işçi motivasiyasını artırmaq üçün şirkətimizdə bir sıra xüsusi yanaşmalar tətbiq olunur. Bu yanaşmalar yalnız işçi məmnunluğunu deyil, həm də onların iş həyatında daha fəal iştirakını təmin etməyə yönəlib. Təşəbbüslərimiz arasında bunlar yer alır:

• Anlıq mükafatlandırma sistemləri – “Bürünc iş”, “Gümüş iş” və “Qızıl iş” kimi təşəbbüslər vasitəsilə fərqlənən əməkdaşlarımız dərhal tanınır və motivasiya olunur;

• “Ayın qalibi” proqramı – hər ay fərqlənən mağaza əməkdaşlarımız təşviqi onların görülən işə verdiyi dəyəri artırır;

• Admin və bölgə müdiri yetişdirmə təlimləri – bu təlimlər əməkdaşlara karyera yollarında dəstək olmaqla yanaşı, daxili yüksəliş imkanlarını artırır;

• Mağaza heyətinin rəhbərlərlə mütəmadi görüşləri – bu platformalar vasitəsilə əməkdaşların fikirləri dinlənilir və dəyərləndirilir;

• KPİ əsaslı bonus sistemi – performansa bağlı mükafatlandırma motivasiyanı və məhsuldarlığı artırır.

Bu təşəbbüslər təkcə şirkət daxilində deyil, həm də cəmiyyət üçün müsbət nəticələr doğurur. Qadınların və gənclərin iqtisadi həyata daha fəal qoşulması:

• Gender bərabərliyinin güclənməsinə, sosial stereotiplərin zəifləməsinə,

• Ədalətli və imkanlara açıq cəmiyyətin formalaşmasına,

• Gənclərin və qadınların özünüifadə və liderlik bacarıqlarının inkişafına,

• İqtisadi rifahın və sosial aktivliyin artmasına mühüm töhfə verir.

Beləliklə, OBA Market MMC-nin atdığı addımlar yalnız daxili resursların inkişafı deyil, eyni zamanda daha ədalətli və dayanıqlı cəmiyyətin qurulmasına yönəlmiş sistemli yanaşmadır.

OBA Market MMC eyni zamanda ölkə üzrə məşğulluğun artırılması, xüsusilə qadınlar və gənclər üçün iş imkanlarının yaradılması missiyasını 2016-cı ildən etibarən həyata keçirir.

- Son 5 il ərzində 5000-dən çox yeni iş yeri yaradılıb;

- 2024-cü ildə 2157 nəfər işlə təmin olunub.

OBA Market MMC-nin Təlim-Tədris Mərkəzlərini (TTM) uğurla bitirən məzunlar mağaza heyəti vəzifələrinə (satıcı, kassir, malların yerləşdirilməsi üzrə əməkdaş və s.) cəlb olunurlar. TTM məzunları şirkətin digər mağaza əməkdaşları ilə eyni əmək haqqı sisteminə tabedirlər, yəni əmək haqları funksiyaya, bölgəyə və vəzifəyə görə müəyyənləşdirilən vahid şkalaya əsasən verilir.

OBA Market MMC-də işə yeni başlayan əməkdaşlar ilk iş günündən etibarən aşağıdakı sosial təminatla əhatə olunurlar:

* İcbari Tibbi Sığorta,

* İcbari Peşə Sığortası.

Seçilən
0
1
apa.az

2Mənbələr