AZ

“OBA” marketlər şəbəkəsində son 5 il ərzində 5000-dən çox yeni iş yeri yaradılıb

​BAKI, 8 may. TELEQRAF

Azərbaycanın 1500-dən çox filialı və 9000-dən artıq əməkdaşı ilə fəaliyyət göstərən OBA Market MMC inklüzivlik, gender bərabərliyi və gənclərin liderlik imkanlarının artırılması istiqamətində mühüm təşəbbüslərə imza atmaqda davam edir.

Teleqraf xəbər verir ki, şirkətin məlumatına görə, hazırda OBA Market MMC-də əməkdaşların 45%-dən çoxunu qadınlar təşkil edir. Rəhbər vəzifələrdə isə bu göstərici 30%-dir. Gənc əməkdaşların (35 yaşadək şəxslərin) ümumi işçi heyətindəki payı 70%, rəhbər heyətdə isə 75%-dir.

Qeyd olunur ki, bu göstəricilər OBA Market MMC-nin qadınların və gənclərin karyera inkişafına verdiyi əhəmiyyətin real nəticəsidir.

Motivasiya və daxili inkişaf üçün xüsusi yanaşmalar

İnsan Resursları sahəsində işçi motivasiyasını artırmaq üçün şirkət tərəfindən bir sıra təşəbbüslər həyata keçirilir. Bunlar arasında “Bürünc iş”, “Gümüş iş” və “Qızıl iş” kimi anlıq mükafatlandırma sistemləri, “Ayın qalibi” proqramı, rəhbərlik təlimləri, heyət-rəhbərlik görüşləri və KPİ əsaslı bonus sistemi yer alır.

Ədalətli və dayanıqlı cəmiyyətə töhfə

OBA Market MMC-nin həyata keçirdiyi bu sosial yönümlü təşəbbüslər təkcə şirkət daxilində deyil, bütövlükdə cəmiyyət üçün də mühüm nəticələr doğurur. Şirkət qadınların və gənclərin iqtisadi həyata daha fəal şəkildə qoşulmasını təmin etməklə gender bərabərliyinin güclənməsinə, sosial stereotiplərin zəifləməsinə, liderlik bacarıqlarının inkişafına və iqtisadi rifahın artmasına töhfə verir.

Beş ildə 5000-dən çox iş yeri

Şirkət 2016-cı ildən bu yana məşğulluğun artırılması missiyası çərçivəsində ölkə üzrə xüsusilə qadınlar və gənclər üçün iş imkanları yaradıb. Son 5 il ərzində 5000-dən çox yeni iş yeri açılıb, təkcə 2024-cü ildə isə 2157 nəfər işlə təmin olunub.

Təlim-Tədris Mərkəzləri uğurla fəaliyyət göstərir

OBA Market MMC-nin Təlim-Tədris Mərkəzlərini (TTM) uğurla başa vuran məzunlar satıcı, kassir və malların yerləşdirilməsi üzrə əməkdaş kimi mağaza heyətində işə başlayırlar. Məzunlar funksiyaya, bölgəyə və vəzifəyə görə müəyyənləşdirilən vahid əmək haqqı sisteminə əsasən maaş alırlar.

Əməkdaşlara sosial təminat

Şirkətdə işə başlayan hər bir əməkdaş ilk gündən etibarən aşağıdakı sosial təminatla əhatə olunur:

İcbari Tibbi Sığorta

İcbari Peşə Sığortası

OBA Market MMC həm iş şəraitinin yaxşılaşdırılması, həm də daha ədalətli və dayanıqlı cəmiyyətin qurulmasına töhfə verən sistemli yanaşması ilə fərqlənir.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr