Aktivlərin dəyişməyi çox bir şey ifadə etmir. Bankın dayanıqlılığını bankın kapitalı, kredit portfeli, müştəri bazası ifadə edir. Aktivlərin artımı azalması dəyişkəndir.
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, ötən il ərzində böyük bir xarici istiqraz ödənişi etdik, bir gündə likvid vəsaitimiz azaldı. Kapitalın adekvatlıq göstəricisi, likvidlik əmsalları bankın dayanıqlılıq göstəricisidir, aktivlərin həcmi isə yox. İpoteka kreditləri üzrə ABB aparıcı bankdır, bazar payı 30%-dən yuxarıdır.
"ABB-ni fərqləndirən cəhət biz öz vəsaitimiz hesabına da ipoteka krediti veririk. Bu da bizə imkan verir ki, bazarda mövqeyimizi saxlayaq. İpoteka Fondunun ayırdığı vəsaitlər limitlidir, hər banka müəyyən hissə ayrılır" - deyə sədt vurğulayıb.