AZ

Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

Bakı. Trend:

Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyiniqorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və Qarabağdahəyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri zamanı şanlızəfərləri ilə sübuta yetirdi.

“Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdəgörürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafatbundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.”Bütün ömrünü Azərbaycanın bugününə, uğurlu gələcəyinə həsr edənfenomen şəxsiyyət Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki,mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır,Azərbaycan Respubilkasıdır, Azərbaycan vətəndışıdır. Əgər mən bunanail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.Ümummilli Lider Heydər Əliyev məhz Azərbaycan dövləti, xalqıqarşısındakı xidmətlərinin böyüklüyünə söykənərək əminliklə qeydetmişdir ki, nə qədər ki Azərbaycan var, mən də varam. Mən isəAzərbaycanda əbədi olacağam!

Hər bir uğurumuz Heydər Əliyev siyasətinintəntənəsidir

Bu gün hər birimizin qürur duyduğumuz müasir müstəqil, qalib,yeni Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. ÜmummilliLiderin dövlətini, xalqını canından artıq sevməsi, “Mən həmişəfəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıyadərin vətənpərvərlik hissi aşıladı. Bu gün böyük qürur hissi iləqeyd edirik ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfərtarixini yazan gənclərimiz Ulu Öndər Heydər Əliyevin məktəbindənbəhrələnən, Onun layiqli davamçısı Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin yetişdirdiyi gənclərdir. O gənclər ki,illərdir torpaqlarımızı düşmən tapdağından azad etmək, Xankəndidə,Şuşada, Xocalıda, işğal altında olan bütün torpaqlarımızdaAzərbaycan Bayrağını ucaltmaq üçün Müzəffər Ali Baş Komandandan“Hücum!” əmrini gözləyirdi. Əbəs yerə deyilmir ki, torpaq, əgəruğrunda ölən varsa, Vətəndir. Azərbaycan gəncliyi qəhrəmanlığı,şücaəti ilə bunu bir daha təsdiqlədi. Bu gün qalib, bütövləşənAzərbaycanın uğurlarından bəhs edirik. Hər bir uğurumuz HeydərƏliyev siyasətinin təntənəsidir.

Bu mühüm məqam hər zaman xüsusi vurğulanır ki, dövlət o zamangüclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki, millimaraqları hər şeydən üstün tutan, dövrün, zamanın tələblərinimüəyyənləşdirdiyi inkişaf strategiyasında nəzərə alaraq yenireallıqlar yaradan Lideri vardır. Heydər Əliyev adını dövlətçiliktariximizə məhz liderlik nümunəsini yaradan şəxsiyyət kimi əbədihəkk etdi. Onun uzaqgörənliyi bugünümüzə və gələcəyimizəhesablanmış inkişaf strategiyasında özünün aydın ifadəsini tapır.Bu baxımdan ki, Lider dövlətin gələcəyini öncədən görmək vəgördüyünü həyata keçirmək imkanlarına, gücünə malik olmalıdır.Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrüAzərbaycanın xoşbəxt gələcəyini görməklə yanaşı, atılacaq zəruriaddımların təqdimatıdır.

Tarixə, Ulu Tanrının Heydər Əliyev kimi dahi şəxsiyyətiAzərbaycan xalqına bəxş etdiyi gündən ötən 102 ilin ayrı-ayrıdövrlərinə qısa baxış keçirək. Ulu Öndər Heydər Əliyev AzərbaycanKommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-dəkeçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası MərkəziKomitəsinin birinci katibi seçildi. 22 il Azərbaycan SSR AliSovetinin və keçmiş SSRİ-nin Ali Sovetinin deputatı oldu.1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədrmüavini vəzifəsini tutdu. 1976-cı ildə Sovet İttifaqı KommunistPartiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd,1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən ÜmummilliLider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavinivəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Ulu Öndər HeydərƏliyev keçmiş İttifaqın iqtisadi, sosial və mədəni həyatının ənmühüm sahələrinə rəhbərlik etdi.

Böyük siyasi iradə, Vətən sevgisi, tükənməz dövlətidarəçiliyi istedadı

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli LiderHeydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi vəyüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlüqərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi,elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nailolmuşdur. Tarixin gedişatının və həyatımızın ahənginin köklüsurətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının millidüşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanınquruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqınyaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşınbərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milliruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışıtəmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşınaçevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olanUlu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onunkeçmiş SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslılayihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdətəzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi vəcanından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmişvə respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardanistifadə etmişdir.

Dahi rəhbərin həmin illərdə Azərbaycanın müstəqil gələcəyinidüşünərək gördüyü işlərdən bəhs edərkən azərbaycanlı gənclərinkeçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağagöndərilməsi xüsusi qeyd edilir. Ümummilli Lider bildirirdi ki,indi bizim təhsilimizin məqsədi gənc nəslə təhsil verib onlarıgələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədimizAzərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətliüzvünü hazırlamaqdır. Hər bir insan gərək vətəndaş olsun. Gərəkdövlətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun. Ulu Öndər,həmçinin bu çağırışı edirdi ki, cəmiyyət təhsilsiz inkişaf edəbilməz. Keçmiş Sovet İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevmilli kimliyin qorunmasına, ana dilində təhsilin inkişafına böyüksərmayə yatırırdı. Dünya klassiklərinin və elmi ədəbiyyatınAzərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinəuyğun bədii və elmi əsərlərin nəşri, Konstitusiyada Azərbaycandilinin dövlət dili statusu alması azərbaycançılıq ideologiyasınıninkişafına və təbliğinə xidmət edən mühüm addımlar oldu.“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki,musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətinmilliliyini təsdiq edir. Amma millətin milliliyini ən birincitəsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycandilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinəbağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması,möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdənbiridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıqməsələsidir” deyən Ulu Öndər Heydər Əliyev bir daha ana dilinəsevgisini, dövlətinə, xalqına bağlılığını nümayiş etdirdi. Buçağırış Onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində AzərbaycanSSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycandilidir” maddəsinin əlavə olunmasında özünün aydın ifadəsini tapdı.Belə ki, Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddəninbu redaksiyada verilməsi təklif olundu: “Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinədövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevinxalq qarşısında ən böyük tarixi xidmətlərindəndir. Ulu Öndər HeydərƏliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışından sonra da Azərbaycan dilinə diqqət və qayğı dövlətsiyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqilAzərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlətdilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəlisürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiyalayihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqinəticəsi kimi dövlət dilinin adı barədə öz qəti mövqeyini bildirdi.Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yoluilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində AzərbaycanRespublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksinitapdı.

Əvvəldə də qeyd etdiyimiz kimi, Ümummilli Lider 1969-1982-ciillərdə Azərbaycanı keçmiş SSRİ-nin ən geridə qalmış müttəfiqrespublikasından ən qabaqcıl respublikaları sırasına çıxardı.Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdəformalaşdı. Məhz o illərdə yetişmiş kadrlar bu gün də müstəqilAzərbaycanda fəaliyyət göstərərək ölkənin ümumi inkişafını təminedirlər.

Ümummilli Liderin titanik gücü, müdrikliyi Azərbaycanıtəhlükələrdən qorudu

Bu reallıq Prezident İlham Əliyevin çıxışlarında da xüsusivurğulanır ki, Azərbaycan xalqının faciələri Ulu Öndər HeydərƏliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır.1987-ci ildə Ulu Öndər SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindənistefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri vəonların Kremldəki himayədarları o vaxtkı Dağlıq Qarabağ MuxtarVilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanaverilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqınınfaciələri o gündən başladı. Əgər Ulu Öndər Heydər Əliyevhakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri buçirkin əməllərə əl atmağa cürət etməzdilər. Ümummilli Liderintitanik gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev fenomeniAzərbaycanı bir çətir kimi hər cür təhlükələrdən qoruyurdu.“Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma UluÖndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyiAzərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyayaməhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daiminümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin,Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və buqırğınla bağlı dünyaya bəyanat vermişdir” söyləyən dövlətbaşçısı İlham Əliyev onu da bildirir ki, o günü yaxşı xatırlayıram....Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünətoplaşmışdılar və Ulu Öndər Heydər Əliyev binaya yaxınlaşanda sankibir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdənçıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindənçirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniyaaparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük liderkimi yaşayırdı. Bu bəyanat böyük cəsarət, əsl vətənpərvərlik tələbedirdi.

Ulu Öndər Heydər Əliyev 1990-cı ilin iyul ayında MoskvadanBakıya gəldi. Ancaq ovaxtkı Azərbaycan rəhbərliyi Ümummilli Lideringüclü lider olmasından narahatlığını Ona edilən təzyiqlərlətəsdiqlədi. Bu təzyiqlər nəticəsində O, doğulduğu Naxçıvana getdivə orada yaşamağa başladı.

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsnafəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqınasıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlıtəcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olanÜmummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilətəkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycanictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həlletmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasındaüzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişafstrategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digərsahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş vəməharətlə həyata keçirmişdir.

Müstəqilliyin bərpasına gedən yol

Ulu Öndər Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvandövrünün böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki,Azərbaycanın müstəqilliyin bərpasına gedən yol məhz Naxçıvandanbaşlamışdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü iləAzərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan MuxtarRespublikası Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsisedilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından“Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonraartıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziyaNaxçıvandan çıxarılmışdır. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqıKommunist Partiyasının sıralarından çıxmışdır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının AliMəclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-ninDünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsihaqqında qərar qəbul etmişdir. Ulu Öndər 1993-cü ildə xalqıntəkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra dadiaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinəçevrildi. 2001-ci ildə Ümummilli Liderin Sərəncamına uyğun olaraq9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının IQurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir DünyaAzərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızınbirliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlaratıldı, təşəbbüslər irəli sürüldü.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan YeniAzərbaycan Partiyasının yaradılması da Ümummilli Liderinfəaliyyətinin Naxçıvan mərhələsi ilə bağlıdır. Partiyanınyaradılması ilə ölkəmizdə müasir siyasi sistem formalaşdırıldı.

Xilaskarlıq missiyası

Bütövlükdə Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü,həmçinin fəaliyyətinin Naxçıvan mərhələsi dahi rəhbərin xilaskarlıqmissiyasının təqdimatıdır. Bütün dövrlərdə əsas məqsəd Azərbaycanıngələcək inkişafını təmin etmək idi. Zamanın hökmü ilə ötən əsrin90-cı illərinin başlanğıcında dövlət müstəqilliyini bərpa edənAzərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxiliçəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək vədövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizinhəll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərəkyenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətəninxilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmiziictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindənqurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülünqarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğudövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər HeydərƏliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixiimkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyiniəbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illəri çağdaştariximizə xaos, anarxiya, özbaşınalıq dövrü kimi yazılıb. Reallıqbudur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidlitələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlıdövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər HeydərƏliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında genişimkanlar açdı. Bu qayıdış Azərbaycanın hazırkı Zəfərli günlərinin,qürurlu anlarının əsası oldu. Həmin vaxtdan başlanan inkişaf,tərəqqi yolu Azərbaycanı böyük təhlükələrdən, faciələrdən xilasetdi, yeni Azərbaycan quruldu, bugünümüz üçün möhkəm təməlformalaşdı. Ulu Öndər hakimiyyətə qayıdışının ilk günündənsabitliyin yaradılmasının vacibliyini bildirdi və belə bir çağırışıdiqqətə çatdırdı ki, sabitlik olmasa heç bir sosial-iqtisadilayihənin həyata keçirilməsindən danışmaq olmaz. Məhz dahişəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ilin12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədəictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bumühüm addım elə həmin ilin 20 sentyabr tarixində “Əsrinmüqaviləsi”nin imzalanmasını da şərtləndirdi. Ümummilli Lider dünyatəcrübəsinə əsaslanaraq belə bir çağırış edirdi ki, səylərbirləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövləttəkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində,etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı.Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkibhissələrindən olan, çoxlarına əfsanə kimi görünənBakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərininreallığa çevrilməsi istiqamətində addımlar atıldı. Reallıq budurki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbiiresurslara görə hər zaman dünyanın diqqətində olub. Ölkəmizin buresurslardan səmərəli istifadəsini təmin edən yeni neftstrategiyası Ümummilli Liderin uzaqgörənliyinin təqdimatı oldu.İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verən Ulu ÖndərHeydər Əliyev, eyni zamanda, belə bir çağırışı da səsləndirdi ki,neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indikinəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun böyükuzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan RespublikasınınDövlət Neft Fondu bu gün neft gəlirlərinin xərclənməsindəşəffaflığı yüksək səviyyədə təmin edir. Ümumilikdə Dövlət NeftFondu beynəlxalq səviyyədə şəffaflıq kriteriyaları üzrə nümunəviqurum kimi dəyərləndirilir. Dövlət Neft Fondunun vəsaitlərihesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizinhərtərəfli inkişafını şərtləndirir.

Dövlət quruculuğu

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. ÜmummilliLiderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu məqamı da xüsusiqeyd etməliyik ki, Ümummilli Lider iqtisadi və siyasi islahatlarınvəhdətinin qorunmasını qarşıya əsas hədəf kimi qoydu. Dahi rəhbərinhakimiyyətə qayıdışının ilk günündən Azərbaycan demokratik, hüquqi,dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühümaddımlar atdı. Ümummilli Lider demokratik cəmiyətin varlığınıtəsdiqləyən bütün atributların bərqərar olmasına- insanhüquqlarının qorunmasına, müstəqil, azad mətbuatınformalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına,demokratik, beynəlxalq standartlara cavab verən seçkilərinkeçirilməsinə və sair kimi demokratik dəyərlərin qorunmasına xüsusidiqqət yönəltdi və ölkəmizdə demokratik təsisatların yaradılmasıüçün yüksək şərait yaradıldı.

Medianın inkişafı prioritet oldu

Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli LiderHeydər Əliyevin azad medianın inkişafı istiqamətində atdığıaddımlar davamlılığı ilə diqqətdə oldu. Dövlət başçısı İlhamƏliyevin bu günlərdə imzaladığı “Azərbaycan milli mətbuatının 150illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd edildiyikimi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyatakeçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikirplüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçünetibarlı zəmin yaratdı. Ümummilli Lider medianın inkişafınıprioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətinitənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafınıəngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texnikibazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbuletmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasınıqoymuşdur. Onu da qeyd edək ki, Ümummilli Liderin imzaladığıFərmanla mətbuat üzərində senzuranın ləğvi azad, müstəqil medianıninkişafının başlanğıcı oldu.

Yaradılan möhkəm təməlin nəticəsidir ki, bu gün mediamızAzərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesininfəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobalinformasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabətqabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərəməruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yenifəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycanmediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıltexnologiyaların tətbiqi, sosial media platformalarında fəallığınartırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığınınyüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə,effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak vəs. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobalinformasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakıən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeniKonstitusiyasının hazırlanması oldu. Müstəqil Azərbaycanın ilkKonstitusiyasının müəllifi olan Ümummilli Lider demokratik, hüquqidövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədəinsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərarolması üçün əsaslı zəmin yaratdı. 1995-ci il noyabrın 12-dəkeçirilmiş referendumda qəbul edilən Konstitusiyamızda əksini tapanmaddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarınınqorunmasını özündə ehtiva etdirib. Ulu Öndər Heydər Əliyevinrəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkəninsiyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu.Məhkəmə islahatlarının həyata keçirilməsi, KonstitusiyaMəhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmününləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterlidemokratik təşəbbüslər bilavasitə Ümummilli Lider Heydər Əliyevingərgin əməyinin nəticəsidir.

Dahi şəxsiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biriAzərbaycanın beynəlxalq aləmdə tanıdılması idi. O, müstəqillikyollarında ilk addımlarını atan dövlətin qarşısında dayananvəzifələri açıqlayarkən ayrı-ayrı dövlətlərlə ikitərəfli vəbeynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın qurulmasını,inkişaf etdirilməsini vacib amillərdən biri kimi vurğulayırdı.Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasətinəticəsində Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndi, dünyabirliyinin fəal üzvü kimi söz sahibliyi irəli sürdüyütəşəbbüslərdə, qəbul edilən qərarlarda öz təsdini tapdı.

Müstəqilliyin qarantı olan orduformalaşdırıldı

Atılan bütün addımlar bir məqsədə xidmət edirdi- Azərbaycan dahada qüdrətlənsin, beynəlxalq nüfuzu, iqtisadi qüdrəti artsın,müstəqilliyimizin qarantı olan ordumuzda peşəkarlıq, döyüş ruhuyüksəlsin. Ümummilli Lider bu çağırışı edirdi ki, sülhdanışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Məhzmüstəqilliyimizin bərpasının ilk illərində nizami ordununolmamasının nəticəsi idi ki, torpaqlarımız işğal edildi, birmilyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinədüşdü. Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qruplarınmaraqlarının müdafiəsinə xidmət edirdi. Orduda fərarilik baş alıbgedirdi. Ümummilli Lider Heydər Əliyevin hələ sovet dönənimdə1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətlərisayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlarhazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adınıdaşıyan hərbi liseyin yaradılmasına nail olundu. Müstəqilliyin ilkillərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalaraxidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevinməqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, MilliOrdunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrininyaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, ordudakütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizammöhkəmləndirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 maytarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusununyarandığı gün – 26 iyun Azərbaycan Respublikasının SilahlıQüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramıkimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycandövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44günlük Vətən müharibəsində və Qarabağda həyata keçirdiyi birgünlüklokal antiterror tədbirləri zamanı şanlı zəfərləri ilə sübutayetirdi.

Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş,tərəqqi dövrü kimi daxil olub. Bu illərdə dahi şəxsiyyətinyaratdığı möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını təmin etdi.Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycandünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, dünyaya Günəş kimidoğdu, Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən çətingünlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrabu çətin günləri keçib gedəcəyimizi, hər kəsin belə qüdrətlidövlətin vətəndaşı olması ilə qürur duyacağını böyük əminliklə qeydedirdi.

Ulu Öndər dünənin, bu günün və gələcəyin partiyasınıyaratdı

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakıxidmətlərindən bəhs edərkən cəmiyyətin avanqard qüvvəsi olan YeniAzərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. UluÖndər Heydər Əliyev dünənin, bu günün və gələcəyin partiyasınıyaratdı. Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz UluÖndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycantarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddisınaqlara məruz qaldığı bir dövrdə yaradıldı. Azərbaycanın taleyinidüşünən, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfərziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaqtəşəbbüsü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevə müraciətetdi. Dahi şəxsiyyətin bu müraciətə cavabı Azərbaycanın bugünküinkişafının əsası oldu. Məhz bu reallıqlara söykənərək Prezidentİlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilənZəfər ruhlu VII Qurultayında bildirmişdir: “Faktiki olaraq1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyəyol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabrayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi iləPrezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesiartıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixiyaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizimdərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixincanlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədiyaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilinoktyabrından yox… O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsilbilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlayabilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətəgəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altındabir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşayabilərdi.” Dövlət başçısı belə bir əminliyi də ifadə etdi ki,Yeni Azərbaycan Partiyası bundan sonra da ölkədə gedən bütünproseslərin mərkəzində olacaq.

2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycanamöhtəşəm uğurlar qazandırır

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakıxidmətlərini sadalamaqla bitməz. Onlardan ən mühümü 2003-cü ilin 1oktyabr tarixində xalqa tarixi müraciəti oldu. Bu müraciət HeydərƏliyev siyasətinin uğurlu davamının əsasına çevrildi. ÜmummilliLider həmin tarixi müraciətdə bildirirdi: “Üzümü Sizə -həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərindəprezidentliyə namizəd, mənim siyasi varisim, Yeni AzərbaycanPartiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətinivə iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar birşəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də YeniAzərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqliövladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinininkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başaçatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyükümidlər bəsləyirəm.”

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildənbaşlanan Böyük Yolun davamı Azərbaycana möhtəşəm uğurlarqazandırdı. Bu yolun davamı Ümummilli Liderin arzularınıngerçəkliyə çevrilməsi ilə xarakterizə olunur. Dahi şəxsiyyət HeydərƏliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi,ərazi bütövlüyümüzün təmin olunması idi. Ümummilli Lider HeydərƏliyev arzusunu belə ifadə etmişdi: “Arzu edirəm ki, sizinləbirlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. ŞuşaAzərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixarmənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşahamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da beləəzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəlbir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin obulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşayabilmərik.”

İnam və etimad doğruldu, Ata vəsiyyəti yerinəyetirildi

Möhtəşəm uğurlarımızın miqyasını təsəvvür etmək üçün son 21ildən artıq dövrün reallıqlarına diqqət yetirmək kifayətdir.Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətininsəsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimindəAzərbaycanın qarşısında dayanan vəzifələrdən bəhs edərkən böyükəminliklə bildirdi ki, onları həyata keçirmək üçün ən başlıcasıHeydər Əliyev siyasəti davam etdirilməlidir. Bu əminlik də ifadəolundu ki, Ümummilli Liderin əsəri olan müasir müstəqil Azərbaycanıinkişaf etdirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq.Günümüzün reallıqları bu vədlərin hər birinin uğurla yerinəyetirildiyinin təsdiqidir. Dövlət başçısı, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərəimza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan ordumuz nəyə qadirolduğunu bir daha nümayiş etdirdi. Dünya bir daha gördü ki, güclü,qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalqAzərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixəZəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla ÜmummilliLiderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamıvə etimadı doğrultdu. Bundan keçirdiyi xoşbəxtlik hissini MüzəffərAli Baş Komandan İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində belə ifadəetdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərinruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydınolsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa,biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir!Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Uğurlarla zəngin illər

Tarixi Zəfərimizdən ötən 5 il mühüm uğurlarla zəngindir. 2023-cüil çağdaş tariximizə suverenliyimizin tam bərpası ili kimi yazıldı.Həmin ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirdiyilokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tambərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Prezident İlhamƏliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elanedildi.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməlin,gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir ki,hazırda Azərbaycan hər günü tarixinə uğur səhifəsi kimi yazır.Bunun üçün son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir.Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda“Yaşıl dünya naminə həmrəylik ili”, bu il isə “Konstitusiya vəSuverenlik İli” elan edildi. Azərbaycan ötən il COP29 tədbirinəyüksək səviyyədə ev sahibliyi edib uğurlu nəticələrə imza atmaqlaiqlim diplomatiyasında dönüş nöqtəsi yaratdı. Dünyanı Bakıyatoplayan COP29 ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı oldu.“Mən bunu bir daha çox böyük uğur adlandırardım” söyləyəndövlət başçısı İlham Əliyev onu da qeyd edir ki, bizim üçün dahabir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ bunabənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbirkeçirilməyib. Bu, ölkənin təqdimatı idi: “Mənim görüşdüyüm vəölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlardadərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycanhaqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlüdezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlarAzərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkarpersonal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə,bu, əlbəttə ki, fərqli təəssürat yaradır. Beləliklə, biz müxtəlifhədəflərə çatmışıq və bu, Azərbaycanın növbəti uğurudur.”

COP29-un ardınca Azərbaycanın növbəti uğuru ötən ilin dekabrayında D-8 təşkilatına üzv qəbul olunması oldu. Bu mühüm hadisə dəbir daha ölkəmizin nüfuzunu dünyaya nümayiş etdirdi. Təşkilat 30 ilbundan əvvəl Türkiyənin təşəbbüsü ilə yaranmışdır. Azərbaycanınüzvlüyünə qədər səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavəüzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonratəşkilata üzv qəbul edilən ölkə Azərbaycan oldu. Prezident İlhamƏliyevin vurğuladığı kimi, əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eynizamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlmanölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çoxəhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizinitəşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi varvə məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, Azərbaycanüçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.

Yeni hədəflərə doğru

Bu ilin əvvəli isə Azərbaycanda müstəqillik tariximizdə ilk dəfəolaraq bütün ölkə ərazisində bələdiyyə seçkilərinin keçirilməsi iləyadda qaldı. Ötən ilin fevral ayında bütün ölkə ərazisindəprezident, sentyabrında isə parlament seçkiləri keçirilmişdi. Hərüç seçki kampaniyası ölkəmizdə mövcud ab-havanı əks etdirir. Yenidövrün başlanğıcı olan 7 fevral 2024-cü il prezident seçkilərindəİlham Əliyevin inamlı qələbəsi qalib Azərbaycanın yeni hədəflərədoğru inamla irəliləməsini şərtləndirir. Prezident İlham Əliyev 7fevral 2024-cü il seçkilərindən sonra keçirilən andiçmə mərasimindəbildirdi ki, yeni dövr uğurla başlayıb, uğurla da davam edəcək.Tarixi ədalətə söykənərək atdığımız addımların uğurları davamlılığıilə diqqətdədir. Ötən ilin mühüm diplomatik uğurlarından biriQazaxın 4 kəndinin işğaldan azad edilməsi oldu. Ötən ilin 28 MayMüstəqillik Günündə Xocalı şəhəri, oktyabrın 4-də isə Cəbrayılşəhəri sakinlərinə qovuşdu. Soydaşlarımızın mərhələ-mərhələ doğmayurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının uğurluicrasından xəbər verir. Növbəti qayıdış ünvanının Ağdam şəhəriolacağı bildirilir.

Bu il zəfərlərlə dolu çağdaş tariximizə “Konstitusiya vəSuverenlik ili” kimi yazılacaq. Prezident İlham Əliyevin bununlabağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi, müstəqil və suverendövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm,ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmişcəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusuolmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə,məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizəruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XXəsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışı Azərbaycanın bugünkü reallıqlarına yol açdı.Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilnoyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilkKonstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik vəinstitusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiyadövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyününqorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızınlayiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq vəəmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi aliniyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasırolunu oynayır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsindətorpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalmasıAzərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdətətbiqinə imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə sonqoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpaedilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindənbirinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklüvəzifənin həllinə yönəldilmişdi. 2020-ci il sentyabrın 27-dəErmənistanın təxribatlarına cavab olaraq başlanmış Vətənmüharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-dəhəyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsindəölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş,Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradanqaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Prezident İlhamƏliyevin cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu vəVətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq,imzaladığı bu Sərəncam, eyni zamanda, təsdiqlənən Tədbirlər PlanıAzərbaycanın bu illər ərzində keçdiyi inkişaf yolunun təqdimatıolacaq.

Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondununxidmətləri misilsizdir

Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatəetmək qeyri-mümkündür. Bu işlərin, ən əsası Ulu Öndərin irsinintəbliğində Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Fondunmissiyası çoxşaxəlidir. Heydər Əliyev Fondu Azərbaycanın hərtərəfliinkişafına dəstəyini reallaşdırdığı mühüm layihələri ilətəsdiqləyir. Bu gün missiyasına sadiq qalan Heydər Əliyev Fonduişğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizinbərpasını yüksək səviyyədə həyata keçirir.

Son illərin uğurları sırasında idarəçilik sistemindətəkmilləşmənin həyata keçirilməsi diqqəti xüsusilə cəlb edir. Bubaxımdan dövrün çağırışlarına uyğun olaraq Azərbaycandavitse-prezidentlik institutunun yaradılmasını, 2017-ci ildəPrezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondununprezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birincivitse-prezidenti təyin edilməsini xüsusi qeyd etməliyik. Bu mühümaddım Azərbaycanın həyatında yeni bir mərhələnin əsası kimidəyərləndirildi. Bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandanİlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgəsəyləri əsasında qalib, bütövləşən Azərbaycan möhtəşəm uğurları,tarixi ədalətə söykənərək imza atdığı zəfərləri ilə dünyanındiqqətindədir.

Böyük Qayıdış, bərpa-quruculuq missiyası

Bütövlükdə son beş ilin, başqa sözlə, tarixi Zəfərimizdənsonrakı dövrün reallıqlarına diqqət yetirsək Prezident İlhamƏliyevin milli bayramlarımızda, ölkəmiz üçün əlamətdar günlərdə,Ümummilli Lider Heydər Əliyevin doğum günündə işğaldan azad edilmişərazilərimizə səfər etdiyini, bu məkandan Azərbaycanın uğurlarınabaxış əsasında xalqa təbriklərini çatdırdığını, eyni zamanda, həmintarixlərin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı iləyaddaşlara yazıldığının da şahidi oluruq. Müzəffər Ali Baş Komandanİlham Əliyev 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ÜmummilliLiderin anadan olmasının 100 illik yubileyi ilə bağlı Qarabağıntacı Şuşadan xalqa müraciətində bu fikri xüsusi qeyd etdi ki, mənbu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki,mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündəolmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır.Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycanhərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər.Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanınazad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Dövlətbaşçısı bu məqamı da xüsusi qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevinən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Bizonun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarınınarzusunu çin etdik. Prezident İlham Əliyev həmin çıxışında buçağırışı da etdi ki, Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmətedərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq,hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizinüzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq.Əminəm ki, belə də olacaq. Bu gün Qarabağ dirçəlir, Zəngəzurdirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq.Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icraedəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək özdoğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik,aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılışməntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazibütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bugözəl diyarın bərpası missiyasını da şərəflə yerinəyetirəcəyik: “Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu günbizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, özfəaliyyətimizlə daim onların ruhunu şad edək.”

Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ciildönümündə Prezident İlham Əliyev və Birinci xanım MehribanƏliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştiraketdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Prezident İlhamƏliyev bu məkandan bir daha bəyan etdi ki, biz gəlmişik buradaəbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlardaəbədi dalğalanacaq.

Göründüyü kimi, Heydər Əliyev siyasətinin uğurları davamlıdır.Hər günün tariximizə uğur səhifəsi kimi yazılması uğurlarımızınmiqyasının nə qədər böyük olduğunu nümayiş etdirir.Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müasir müstəqil Azərbaycan UluÖndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin vəçoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirasıqoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nəqədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
0
8
az.trend.az

9Mənbələr