Pakistanın Lahor şəhərində (ölkədə ikinci ən böyük) Uolton hava limanı yaxınlığında silsilə partlayışlar baş verib.
“Samaa TV” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, uzunluğu 1,5-1,8 m olan və kəşfiyyat üçün istifadə edilən Hindistan pilotsuz təyyarəsi vurulub. Pilotsuz təyyarə hava limanı yaxınlığında basqı sistemi ilə vurulub.
Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan ordusu aprelin 22-də Pahalqamda törədilən terror aktına cavab olaraq Pakistanla sərhəd bölgəsində antiterror əməliyyatı keçirib. Pakistan hərbi idarəsi Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarənin məhv edildiyini açıqlayıb. Pakistanın Təhlükəsizlik Şurası Hindistanın hərəkətlərinə hərbi cavab verməyə icazə verib.
//Samir Qurbanov, Editor.az