AZ

“İrəvanda nəyim qaldı…” tamaşasının premyerası keçiriləcək

Sumqayıt Dövlət Dram Teatrında bu gün saat 17:00-da yeni tamaşanın premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin motivləri əsasında hazırlanmış “İrəvanda nəyim qaldı…” tamaşası yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır.

Seçilən
0
10
kulis.az

10Mənbələr