AZ

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 4,25% - 4,5% səviyyəsində saxladı

ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (Fed) iclasın nəticələrinə görə baza faiz dərəcəsini 4,25-4,5 % səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytındakı məlumatdan məlum olub.

“Öz məqsədlərini dəstəkləmək üçün Federal Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 4,25-4,5 % səviyyəsində saxlamaq qərarına gəlib”, – məlumatda deyilib.

Həmçinin qeyd olunub ki, federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunda əlavə düzəlişlərin miqyasını və müddətini nəzərdən keçirərkən komitə daxil olan məlumatları, dəyişən perspektivləri və risklərin balansını diqqətlə qiymətləndirəcək.

“İşsizlik səviyyəsi son aylarda aşağı səviyyədə sabitləşib və əmək bazarındakı şərtlər sabit qalır. İnflyasiya bir qədər yüksək səviyyədə qalır”, – tənzimləyici vurğulayıb.

Qeyd olunub ki, FOMC xəzinə qiymətli kağızları, həmçinin agentlik borcları və ipoteka ilə təmin edilmiş qiymətli kağızlar ehtiyatlarını azaltmağa davam edəcək. Komitə maksimum məşğulluğu dəstəkləməyə və inflyasiyanı 2 % hədəf göstəricisinə qaytarmağa qətiyyətlə sadiqdir.

Amerika tənzimləyicisinin faiz dərəcəsi ilə bağlı növbəti iclasının nəticələri iyunun 18-də dərc ediləcək.

Seçilən
0
32
report.az

10Mənbələr