AZ

Azərbaycanın qadın cüdoçuları Astanada keçiriləcək Böyük Dəbilqə turnirində mübarizə aparacaq

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət cüdo yığması mayın 9-11-dəQazaxıstanın paytaxtı Astanada keçiriləcək Böyük Dəbilqə turnirindəiştirak edəcək.

Trend-inməlumatına görə, komandamızın heyətində üç idmançı yer alıb – KönülƏliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57kq) turnirdə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, üç gün davam edəcək beynəlxalq yarışda 47 ölkədən397 cüdoçu (222 kişi, 175 qadın) iştirak edəcək.

Qadınlar
48 kq
Könül Əliyeva

52 kq
Gültac Məmmədəliyeva

57 kq
Fidan Əlizadə

Seçilən
0
az.trend.az

1Mənbələr