AZ

Bütün məktəblər liseyə çevrilsə, təhsil düzələcək?... Rəqəmlərdənmübahisəli nəticə çıxır...


Elçin Əfəndi: “Paytaxt ərazisində fəaliyyət göstərən özəl təhsil müəssisələrində rəqabətlilik var”

Son illər buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə göstərən lisey və gimnaziyalar olur. Bunu açıqlanan statistik rəqəmlər də təsdiq edir. Məlumat üçün bildirək ki, 2024-cü il üzrə buraxılış və qəbul imtahanlarında ən yüksək nəticələri əldə edən 17 məktəbdən14-ü lisey və gimnaziyalar olub.

Ölkə üzrə lisey olmayan cəmi 3 məktəbin şagirdləri yüksək nəticə göstərə bilib. Bu fakt dövlət məktəblərinə olan münasibəti dəyişir.

Maraqlıdır, yüksək nəticə göstərənlərin əksəriyyəti niyə lisey və gimnaziya şagirdləri olur?

“Dövlət təhsil müəssisələrinin ümumi infrastukturu yaxşılaşdırılarsa, peşəkar müəllim heyətinə sahib olarsa…”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, paytaxt ərazisində fəaliyyət göstərən özəl təhsil müəssisələrində rəqabətlilik var. Lisey göstəriciləri yüksək olan təhsil ocaqlarında işləmək və oxumaq istəyən çoxlu sayda kadr, məktəbli var: “Məlumdur ki, lisey və gimnaziyalara qəbul orta və yuxarı siniflərdən aparılır. Qəbul isə imtahan yolu ilə həyata keçirilir. Yüksək nəticə göstərənlər həmin lisey, gimnaziyalarda təhsil almaq üçün qəbul olur. Bu səbəbdən də lisey məzunlarının qəbulda göstəricisi yüksək olur. Həmçinin, özəl təhsil müəssisələrində çalışan müəllimlər daha çox təcrübəyə sahibdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, qarşıdakı dövr ərzində dövlət təhsil mərkəzlərinin publik hüquqi şəxs statusu alması müzakirə edilir.Dövlət təhsil mərkəzlərinə həmin status verilərsə, o zaman məktəblər arasında da rəqabət mühiti formalaşacaq və şagirdlər digər təhsil pilləsinə keçid alarkən liseylərə maraq göstərməyəcək: “Dövlət təhsil müəssisələrinin ümumi infrastuktur yaxşılaşdırılarsa, peşəkar müəllim heyətinə sahib olarsa, şagirdlər üçün təhsilin əlçatanlığı yüksək səviyyədə olacaqsa o zaman statistika dövlət məktəblərinin xeyrinə dəyişəcək”.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr