Yeni Roma Papasını seçəcək konklav (Papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) Vatikanın Sikstin kapellasında başlayıb.
Viral.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Belə ki, artıq mərasimin başçısı “Hamı çölə!” sözlərini deyib. Bu o deməkdir ki, kapellanın qapıları bağlanır, bütün kənar şəxslər zalı tərk etməlidirlər, bundan sonra kardinallar yeni Papanın seçilməsinə başlayırlar.
Son Yazılar:
- Yeni Papa seçilir
- BMT-də İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi anıldı
- Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirildi
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.