AZ

Nəzakət Teymurova operadan getməsindən danışdı

Xalq artisti Nəzakət Teymurova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından getməsindən danışıb.

 

Bu haqda "Söhbət var" verilişində söz açan xanəndə narazıçılığı olduğunu bildirib:

 

"Təbii ki, narazıçılıqlar var idi. Heç kim bilmir niyə getdim. Hər şeyi efirdə danışmazlar. Bizim muğam sənətinə dedi-qodu yaraşdırmıram. Hər zaman sənətə ciddi yanaşmışıq, bunu da qoruyaq. Söz atmaqla işim yoxdur".

 

Qeyd edək ki, N.Teymurova 7 illik fasilədən sonra 2024-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə çıxıb.  (Axşam.az)

Seçilən
0
1
sfera.az

2Mənbələr