Bakı, 7 may, AZƏRTAC
Bakıda yeniyetmə boksçuların beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox idmançı iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.