AZ

İstanbuldan Pakistana doğru havalanan təyyarələr geri DÖNDÜ

Hindistanın Pakistan və Azad Kəşmir bölgəsinə başladığı hərbi əməliyyat səbəbilə təhlükəsizlik məqsədilə İstanbuldan havalanan Türk Hava Yolları və Pegasus şirkətlərinə məxsus iki sərnişin təyyarəsi geri qayıdıb.

Viral.az xəbər verir ki, Türk Hava Yollarının İstanbul–İslamabad və Pegasusun İstanbul–Kəraçi reysləri, Pakistanın hava məkanını bağlamasından sonra İrana daxil olan anda geri dönüş qərarı verib.

Qeyd edək ki, Pakistanın hava məkanını bağlaması Hindistanın gecə saatlarında həyata keçirdiyi hərbi hücumlara cavab olaraq həyata keçirilib. Yaşanan gərginlik bölgədə uçuşlara ciddi təsir edib.

Son Yazılar:

Seçilən
0
viral.az

1Mənbələr