AZ

Əfv sərəncamı nə vaxt veriləcək? - “Mayın 16-dan sonra ola bilsin ki...”

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün altıncı artıq iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, son iclas aprelin 23-də baş tutub.

Həmin iclasla birlikdə komissiyada baxılan müraciətlərin sayı 700-ü keçib.

Əfv Komissiyasının növbəti iclasının tarixi ilə bağlı "Yeni Sabah"ın sorğusunu cavalandıran komissiya üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sayca yeddinci iclas mayın 16-da keçiriləcək:

“Qurumun iclasları hələ davam edəcək. Mayın 16-da yeddinci iclas olacaq. Ola bilsin ki, ondan sonra daha bir iclas keçirilsin. Bundan sonra isə toplanmış sənədlər Prezidentə təqdim olunacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 10-da əfv sərəncamı imzalayacağı gözlənilirdi. R. Məcidin açıqlamasından bu nəticə çıxır ki, sərəncam təxminən mayın 28-i ərəfəsində dərc olunacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr