Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün altıncı artıq iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, son iclas aprelin 23-də baş tutub.
Həmin iclasla birlikdə komissiyada baxılan müraciətlərin sayı 700-ü keçib.
Əfv Komissiyasının növbəti iclasının tarixi ilə bağlı "Yeni Sabah"ın sorğusunu cavalandıran komissiya üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sayca yeddinci iclas mayın 16-da keçiriləcək:
“Qurumun iclasları hələ davam edəcək. Mayın 16-da yeddinci iclas olacaq. Ola bilsin ki, ondan sonra daha bir iclas keçirilsin. Bundan sonra isə toplanmış sənədlər Prezidentə təqdim olunacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 10-da əfv sərəncamı imzalayacağı gözlənilirdi. R. Məcidin açıqlamasından bu nəticə çıxır ki, sərəncam təxminən mayın 28-i ərəfəsində dərc olunacaq.
Nazim Hacıyev
Telegram kanalımız