AZ

Azərbaycan millisinin cüdoçusu bir aya qayıdır - Əməliyyata ehtiyac olmadı

BAKI, 7 may. TELEQRAF

Azərbaycan milli komandasının zədələnən cüdoçusu Vüsal Qələndərzadə 3-4 həftə sonra məşqlərə başlaya biləcək.

Bu barədə Teleqraf-a yeniyetmələr arasında Avropa və dünya çempionunun özü açıqlama verib.

Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində 73 kq çəki dərəcəsində qabırğasından zədələnən Qələndəzadə əməliyyata ehtiyac olmadığını bildirb.

O, bərpa prosesinin bir ay davam edəcəyini vurğulayıb: “Yarışa yaxşı hazırlaşmışdım. Amma qismət deyilmiş, zədələndim. Ona görə həm 1/4 final görüşünü yarımçıq dayandırmalı oldum, həm də təsəlliverici görüşə çıxa bilmədim. Əməliyyatlıq bir vəziyyət yoxdur, yəni, müalicə ilə düzələcəyəm”.

Qeyd edək ki, Azərbaycan milli komandası Böyük Dəbilqəni 2 qızıl, 2 gümüş medalla ikinci pillədə başa vurub. İlk yeri isə 4 qızıl, 3 gümüş, 4 bürünc medalla Tacikistan tutub.

Seçilən
0
teleqraf.com

1Mənbələr