Avropa bölgəni nasist rejimindən azad etdiyi üçün SSRİ-yə və Qırmızı Orduya minnətdar olmalıdır.
Herbiand.az TASS-a istinadən xəbər verir ki, bu çağırışla Venesuela prezidenti Nikolas Maduro çıxış edib.
“Avropa ölkələri onları nasizmdən və faşizmdən azad edən Qırmızı Orduya və SSRİ-yə minnətdar olmalıdırlar. Məhz Qırmızı Ordu Avropanı azad etdi”, - dövlət başçısı vurğulayıb.
O, əlavə edib ki, 1945-ci ildə Qırmızı Ordunun qələbəsi bütün bəşəriyyətin qələbəsi olub.
Bəxtiyar CƏFƏRLİ