AZ

“Avropa nasizmdən azad olduğu üçün SSRİ-yə minnətdar olmalıdır” - Maduro

Avropa bölgəni nasist rejimindən azad etdiyi üçün SSRİ-yə və Qırmızı Orduya minnətdar olmalıdır.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, bu çağırışla Venesuela prezidenti Nikolas Maduro çıxış edib.

“Avropa ölkələri onları nasizmdən və faşizmdən azad edən Qırmızı Orduya və SSRİ-yə minnətdar olmalıdırlar. Məhz Qırmızı Ordu Avropanı azad etdi”, - dövlət başçısı vurğulayıb.

O, əlavə edib ki, 1945-ci ildə Qırmızı Ordunun qələbəsi bütün bəşəriyyətin qələbəsi olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr