AZ

Paytaxtın abad məhəllələrində voleybol yarışları başa çatıb

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası voleybol turnirinə yekun vurulub.
2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən – rayon və şəhər mərhələlərindən ibarət olan voleybol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən yarışlarolimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1200-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 6-da final oyunları ilə yekun vurulub. Final oyununda Xəzər rayonunun voleybolçuları Nəsimi rayonunun  komandası ilə görüşüblər.     2 : 0 hesabı ilə qalib gələn Xəzər rayonunun komandası turnirin qalibi olub.
3-cü yeri Sabunçu rayonunun komandası tutub.
Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Seçilən
0
6
veteninfo.az

7Mənbələr