Lənkəranda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un cənub bürosunun məlumatına görə hadisə rayonun Velədi kəndi ərazisində baş verib. Belə ki, rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmaq istəyərkən qırmağı ərazidən keçən yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Ə.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
meyit aidiyyati wzr' təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.