Lənkəran rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.
Sitat.info xəbər verir ki, hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, rayon sakini, 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmaq istəyərkən qarmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.