AZ

Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!

Finss.az - KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi məqsədilə “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil olunacaqdır.

2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.

Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.

Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər (//smb.gov.az/az/contact-form/exhibition-form/1). Qeyd edək ki, müraciət formasında “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2025” qeyd olunmalıdır.

Zemfira Ms
Finss.az

Seçilən
0
8
fins.az

10Mənbələr