AZ

"Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəm" - Lamine Yamal

style='margin-bottom:10px;'>

"Barselona"nın hücumçusu Lamine Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "İnter"ə məğlubiyyətdən (3:4) sonra fikirlərini bölüşüb.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu azarkeşlərə söz verib ki, komandanı yüksək səviyyəyə qaytaracaqlar:

"Biz əlimizdən gələni etdik. Bu il alınmadı, amma geri qayıdacağıq. Buna heç bir şübhəniz olmasın. "Barselona"nı aid olduğu yerə - ən zirvəyə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacağam və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq".

Xatırladaq ki, "Barselona" öz meydanında 3:3 hesablı heç-heçə etdiyi "İnter"ə Milanda uduzaraq (3:4) Çempionlar Liqası ilə vidalaşıb.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr