Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb.
7Times.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb.
“Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq”.
Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.