AZ

Salah ona mesaj yazdı: "Yenə görüşəcəyik"

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold mövsümün sonunda doğma klubunu tərk edəcək.

Publika.az xəbər verir ki, İngiltərə millisinin üzvü 2025-ci il iyunun 30-da “qırmızılar”la müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madridin “Real” klubuna qoşulacaq. “Liverpul”un digər ulduzu Məhəmməd Salah bu xəbərin rəsmi təsdiqlənməsindən sonra komanda yoldaşına sosial şəbəkədə vida mesajı yazıb:

“Belə xüsusi bir dostluğu bölüşmək və səninlə yanaşı oynamaq böyük zövq idi. Sənə ən yaxşısını arzulayıram. Əminəm ki, yenə görüşəcəyik”, – deyə misirli futbolçu bildirib. Trent isə şərhlərdə ürək emojisi qoyaraq Salaha “qardaşım” deyə cavab verib.

Seçilən
0
14
publika.az

10Mənbələr