Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Paksitan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.
Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub.
O qeyd edib ki, Hindistanın hücumu cavabsız qalmayacaq.