Hindistan Hərbi Hava Qüvvələri Pakistan sərhədində iki günlük təlimlər keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin aviasiya hakimiyyət orqanlarına istinadən Indian Express nəşri məlumat yayıb.
“Təlimlər çərşənbə günü saat 21:00-da (Moskva vaxtı ilə 18:30) başlayacaq və cümə günü saat 03:00-da (Moskva vaxtı ilə 00:30) başa çatacaq. Sərhəd yaxınlığında yerləşən hava limanlarının fəaliyyəti bu müddət ərzində dayandırılacaq”, – məlumatda deyilir.