Ağdaşda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mayın 6-da saat 12 radələrində Ağdaş şəhərində Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.