AZ

Ağdaşda yol qəzası: piyada hadisə yerində öldü

Ağdaşda mayın 6-da ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az xəbər verir ki, saat 12 radələrində Ağdaş şəhərində Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
0
7
busaat.az

9Mənbələr