Almaniyada Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri və parlament üzvü Fridrix Merz Bundestaqda keçirilən səsvermənin ilk turunda lazımi sayda səs toplaya bilməyərək kansler seçilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Bundestaqın sədri Julia Klöcknerin sədrliyi ilə parlamentdə keçirilən gizli səsvermədə Merz səsvermənin birinci turunda iştirak edən 621 deputatdan 310-nun səsini toplayıb.
Səsvermədə 307 “xeyr” səsi verildiyi halda, 3 deputat bitərəf qalıb, 1 səs isə etibarsız hesab edilib.
Baş nazir seçilmək üçün lazım olan 316 səsə çata bilməyən Merzin ilk turda seçilmədiyinin açıqlanmasından sonra parlament sədri Klöckner iclası dayandırıb.