AZ

“Lubrizol”: Rəhbərlik 169 işçini ixtisar etməyi planlaşdırır

Paris, 6 may, AZƏRTAC

Fransada sənaye sürtkü yağları və mühərrik yağı aşqarlarının istehsalçısı olan “Lubrizol” korporasiyası işin mühafizəsi planı (PSE) vasitəsilə ilkin olaraq 169 iş yerinin ləğv ediləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Ruan və Lö Avr zavodlarında ilkin olaraq 169 iş yerini ixtisar etmək planlaşdırıb. Son anda bu plan dondurulsa da, gələcək üçün heç bir zəmanətin olmadığı işçiləri narahat edir.

“Lubrizol France”ın icraçı direktoru və Lö Avr zavodunun direktoru Nikolas Adam mətbuata açıqlamasında bildirib ki, hər iki sahədə istehsal həcminin azalması, həddindən artıq işçinin olması problemi var. O, kənar problemlərin həlli yollarını tapacaqlarına ümid etdiklərini deyib. Rəhbərlik strategiyanın dəyişməsini iqtisadi kontekstlə izah edib.

Seçilən
0
1
azertag.az

2Mənbələr