AZ

Çempionlar Liqasında ilk finalçı İtaliyada bəlli olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək.

Milan “İnter”i doğma meydanda İspaniya nəhəngi “Barselona”nı sınağa çəkəcək. Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi London “Arsenal”ını qəbul edəcək.

ÇL-in final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
6 may

23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya)
İlk oyun – 3:3.

Seçilən
0
14
arena.az

10Mənbələr