“İkinci Dünya Müharibəsində qələbə yalnız ABŞ sayəsində əldə olunub. Əks halda nəticə başqa cür olardı”.
Missiya.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
"Biz iki dünya müharibəsində qalib gəldik, amma heç vaxt buna görə tərif götürmədik, ancaq hamı bunu edir! Bütün dünyada müttəfiqlər İkinci Dünya Müharibəsində Qələbəmizi qeyd edirlər. Bayramı qeyd etməyən yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır və bu qələbə yalnız bizim sayəmizdə əldə olunub", - deyə siyasətçi vurğulayıb.
Tramp bildirib ki, İkinci Dünya Müharibəsində ABŞ olmasaydı, başqaları qalib gələcəydi və indiki dünya fərqli olacaqdı.
"Ona görə də mən 1918-ci il noyabrın 11-də atəşkəs müqaviləsinin imzalandığı Birinci Dünya Müharibəsində və 1945-ci il mayın 8-də qələbənin qazanıldığı İkinci Dünya Müharibəsində qazanılan qələbənin şərəfinə milli bayram elan edirəm", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Daşqın HəsənovMissiya.Az