AZ

ÇL-də ilk finalçı bəlli olur

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək. 

“İnter” doğma meydanda “Barselona”nı qəbul edəcək. 

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may


23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) (ilk oyun - 3:3)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.

Seçilən
0
9
demokrat.az

10Mənbələr