AZ

ÇL: Bu gün ilk finalçı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

KONKRET.az xəbər verir ki, ilk finalçının adına İtaliyada aydınlıq gələcək.

“İnter” doğma meydanda “Barselona”nı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya)

İlk oyun – 3:3.

Qeyd edək ki, turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Seçilən
0
14
konkret.az

10Mənbələr