Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün üçüncü matç baş tutacaq.
Fanat.Az xəbər verir ki, “Neftçi” və “Sabah” növbəti dəfə üz-üzə gələcəklər.
Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Əvvəlki iki dueldə "Sabah" "Neftçi"ni 94:89 və 86:77 hesabı ilə məğlub edib.
Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti qarşılaşma 8 mayda keçiriləcək.