EN

ABL: "Sabah" "Neftçi"yə qarşı

Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün üçüncü matç baş tutacaq.

Fanat.Az xəbər verir ki, “Neftçi” və “Sabah” növbəti dəfə üz-üzə gələcəklər. 

Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Əvvəlki iki dueldə "Sabah" "Neftçi"ni 94:89 və 86:77  hesabı ilə məğlub edib.

Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti qarşılaşma 8 mayda keçiriləcək. 
 

Chosen
0
fanat.az

1Sources